Ermənistanda müxalif  “Sasna Tser” qruplaşmasının tərəfdarları həbs olunub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, fəalların çıxışından sonra polis Nikol Paşinyanın istefası tələbi ilə aksiyaya toplaşan “Sasna Tser” üzvlərinin həbsinə başlayıb. Hazırda aksiya keçirilən ərazidə demək olar ki, etirazçı qalmayıb.