ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.

“İranla münasibətlərimiz hələ də normallaşmayıb... Bu səbəbdən 14 noyabr 1979-cu il tarixli 12170 saylı fərmanla elan edilmiş İrana qarşı fövqəladə vəziyyətin uzadılmasına ehtiyac olduğuna qərar verdim”, - Tramp belə deyib.