Böyük Britaniyada sutka ərzində aşkar olunan koronavirusa yoluxma hallarının sayı 33,4 min nəfərə çatıb ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

Unikal.org xəbər verir ki, bu barədə ölkə hökumətinin məlumat saytında qeyd edilib.

Ümumilikdə Birləşmiş Krallıqda yoluxan insanların sayı 1,29 milyona çatıb.

Böyük Britaniya ABŞ, Braziliya, Hindistan və Meksikadan sonra dünyada 50 000-dən çox koronavirusdan ölüm halları qeydə alınan beşinci ölkə oldu.