Azərbaycan əsgərləri Şuşa şəhərində yerləşən Gövhər Ağa məscidində namaz qılıb.

Unikal.org  xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda Şuşa məscidinin minarəsində Azərbaycan bayrağının asıldığı və hərbçilərimizin namaz qılmaq üçün məscidə daxil olduğu görünür. Videonu çəkən hərbçimiz "şükürlər olsun" deyərək məscidə daxil olur.