ABŞ-ın 46-cı prezidenti seçilən Co Baydenin aylıq maaşı 33 333 dollar olacaq.

Unikal.org xəbər verir ki,  ABŞ mətbuatı, çətin bir seçki prosesi ilə seçilən  Co Baydenin maaşını hesablayıb.  "Business Insider" Baydenin ayda 33 333 dollar qazanacağını və əlavə gəlirin daxil olmadığını  qeyd edib. 

Bildirək ki, qanunla müəyyən edilmiş qaydalarla ABŞ prezidenti ildə 400.000 dollar qazanır. Prezident ayrıca hər il 50.000 dollar xərcləmə müavinəti alır, əgər bu pulu tükənmirsə, qanuni olaraq xəzinəyə qaytarılır.

Digər məlumata görə,  prezident seçilən şəxs vergi tutulmayan səyahət büdcəsi 100.000 dollar və digər əlavə xərclər üçün hər il 19.000 dollar da alır.