Bazar günü Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bazar günü ilk turda ən çox səs toplamış iki namizəd yarışacaq. Bunlar 36.1% səs toplayan qərbmeyilli namizəd Maya Sandu və hazırki prezident, 32.6% səslə ilk turda ikinci yeri tutan rusyönümlü namizəd İqor Dodondur. 

Xatırladaq ki, birinci turdan sonra müxalifətin müəyyən etirazları olsa da, ümumilikdə seçkilər dinc şəraitdə baş tutmuşdu.