Qondarma rejimin rəhbəri Arayik Arutyunyan hərbi əməliyyatların dayandırılması ilə bağlı Paşinyana şəxsən müraciət etdiyini bildirib.

Unikal.org “Interfax” Agentliyinə istinadən xəbər verir ki, separatçıların lideri hərbi rəhbərlik də bu qənaətdə olduğunu əlavə edib.

“Bizim ciddi problemlərimiz var idi. Əməliyyatlar davam etsəydi, daha çox canlı qüvvə itirə bilərdik. Ona görə də Nikol Paşinyana əməliyyatların dayandırılmasına çalışması ilə bağlı şəxsən özüm müraciət etmişəm”