Türkiyənin Kütahya şəhərində koronavirusdan müalicə alan ahıl kişi beyin iflicinə qalib gəlib.

Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, COVID-19 testi pozitiv çıxdığına görə xəstəxanaya yerləşdirilən Kütahya sakini 71 yaşlı İbrahim Karabiber müalicə aldığı zaman beyin iflici keçirib.

Həkimlərin operativ müdaxiləsi ilə xəstə əməliyyat olunub. Uğurlu əməliyyat nəticəsində 71 yaşlı İ.Karabiberin şah damarındakı tıxanma aradan qaldırılıb. Həkimlərə minnətdarlığını bildirən ahıl kişi hazırda özünü yaxşı hiss etdiyini deyib.