“Euro Style LTD” MMC-nin nəzdində olan Volkswagen Bakı Mərkəzinin distribyutorluğu ləğv edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, adıçəkilən mərkəzin distribyutorluğunun ləğv edilməsinə səbəb Azərbaycan tərəfinin Almaniyanın "Volkswagen" şirkətinin istehsal etdiyi avtomobilləri İran İslam Respublikasına satmasıdır. Bundan sonra Volkswagen Bakı Mərkəzi təmsil etdiyi şirkəti beynəlxalq məhkəməyə verib. 

Nəzərinizə çatdıraq ki, hazırda şirkət "Volkswagen" avtomobillərini Türkiyədən gətirərək  Bakıda satır.

Şirkətin icraçı direktoru Elmir Xəlilov açıqlamasında bildirib ki, məhkəmə prosesinin gedişatı ilə bağlı hələ ki, heç nə deyə bilməz.

Qeyd edək ki, “Euro Style LTD” MMC-nin qeyri-rəsmi sahibi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdir.

Orxan Həsənli