Gələn həftə ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstana səfər edəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeonun paytaxt Tbilisiyə səfərinin əsas məqsədi geniş müzakirə olunur.

Gürcüstanda son parlament seçkiləri ilə bağlı müxalifətin etirazları gündəmdə ikən bu səfərin baş tutması böyük maraq doğurub. Lakin səfərin əsas məqsədinin ABŞ-ın Gürcüstanda hərbi baza yaratmaq istəyi ilə bağlı olduğunu güman edənlər də var.