Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ölkə müxalifətindən "sona qədər getməyi" tələb edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, parlament seçkilərindən müxalifətin etirazları davam etdiyi bir vaxtda sabiq prezident Kiyevdən Gürcüstan müxalifətinə müraciət ünvanlayıb.

"Sabahkı mitinqə çox adamın gəlməsi həlledici əhəmiyyətə malikdir. Müxalifət sona qədər getməlidir. Əgər hakimiyyət dəyişməsə, koronavirusa qarşı vaksinlərin Gürcüstana çatdırılması uzun vaxt alacaq. Amma normal hökumət gəlsə, sabahı gün vaksinlər əlçatan olacaq."