Erməni işğalçıları artıq Laçın rayonunu tərk etməyə başlayıblar.

Unikal.org xəbər verir ki, bu barədə görüntüləri “Sputnik Ermənistan” yayıb.

Qeyd edək ki, noyabrın 10-da Rusiya, Azərbaycan Prezidentləri və Ermənistanın Baş naziri arasında imzalanan sənədə əsasən işğalçılar dekabr ayının 1-nə kimi Laçını tamamilə tərk etməlidirlər.