Sənəddən imtina etmək üçün bizə heç bir yol qalmadı. Məsələyə realist yanaşmaq məcburiyyətindəyik.

Unikal.org xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində deyib.

"Bəyanatı imzalamasaydım, Xankəndi ələ keçiriləcəkdi. 20-30 min hərbçimiz mühasirəyə alınacaqdı. Qərarı bir neçə saat ərzində verməli idim. Bununla Xankəndi ətrafındakı hərbçilərimizi qorumuş oldum. Bu sənəd müharibəni bitirmək üçün bir sənəddir", - Paşinyan Qarabağda Azərbaycanın qələbəsi ilə başa çatan üçtərəfli bəyanatdan danışarkən belə deyib.