"Dağlıq Qarabağda atəşkəs rejiminə bütün təmas xətti boyunca əməl olunur."

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib. O əlavə edib ki, vəziyyətin sutkalıq monitorinqini həyata keçirən 12 post artıq qurulub. 

Bundan başqa "Cənub" cavabdehlik zonasında 14, "Şimal" zonasında isə 3 postun qurulduğunu qeyd edən İ.Konaşenkov bu günə daha 5 postun qurulmasının planlaşdırıldığını söyləyib.