Şuşa ugrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq bir anda sosial şəbəkələrdə gündəminə düşdü. O, özü yaralı olsa da, güc toplayaraq yaralı əsgər yoldaşlarını bir- bir döyüş zonasından çıxardı.

Unikal.org xəbər verir ki, Samux sakini Babək İsmayılov Vətən müharibəsi başlayanda valideyinləri və doğmaları ilə halallaşaraq döyüşə yollanıb.

Döyüşlər zamanı Babək İsmayılov yaralanmış 23 əsgəri ərazidən uzaqlaşdıraraq həyatlarını xilas etməsi valideynlərinin ürəyini dağa döndərib. O da Şuşanın azad edilməsi uğrunda gedən döyüşdə yaralanıb.