Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunu tərk edən ermənilər məkirli niyyətlərini davam etdirir.

Unikal.org xəbər verir ki, ermənilər Kəlbəcərdəki yaşayış yerlərini yandırmaqla yanaşı, ağacları da kəsib özləri ilə aparırlar.

Mişarlanmış ağaclar yük və minik avtomobillərinə doldurularaq Ermənistana aparılır.

Qeyd edək ki, Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib. Azərbaycan humanistlik nümayiş etdirərək ermənilərə əlavə 10 gün möhlət verib.