Sabirabad Rayon Icra Hakimiyyətində yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Sabirabad Rayon Icra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Cavadov Cavid Ərzuman oğlu Sabirabad Rayon Icra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, daha öncə Sabirabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Murad İbrahimli