Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instagram səhifəsində Cəbrayıl rayonundan videogörüntü paylaşıb.

Unikal.org xəbər verir ki, Birinci vitse-prezident videogörüntünü “Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN” mətni ilə paylaşıb və #QarabağAzərbaycandır haştaqı əlavə edib.

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.