Hazırkı hava şəraitini nəzərə alaraq havaların yağışlı və çiskinli olması, paytaxtın bəzi küçə və prospektlərində gölməçələrin yaranmasına səbəb olub. Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına artıq məlumat verilib. Bununla yanaşı həmin ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətini təşkil edilməsi üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən gücləndirilimiş iş rejimində xidmət təşkil  edilib.

İdarədən Unikal.org-a bildirilib ki, yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çox olduğundan bu da  yol-nəqliyyat hadisəsinin baş verməsini qaçılmaz edir. Bu baxımdan avtomobil sürücülərindən xahiş edirik ki, digər günlərə nisbətən daha diqqətli olsunlar, sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan artıq saxlasınlar.
Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, avtomobilin şüşəsilənlərini, təkərlərin mövsümi şəraitə uyğun təmin edilməsini və işıq cihazlarının saz vəziyyətdə olmasına eləcədə nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etməlidirlər.

Sürücülərin avtomobil yollarında yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almalı olduqlarını da unutmamalıdırlar. Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır. Ona görə də sürücülər diqqətli olmalıdırlar. Piyadalar isə belə hava şəraitində ancaq səki ilə hərəkət etməli, avtomobil yollarına çıxmamalıdırlar”