Böyük Britaniyada son sutka ərzində 20 051 nəfər koronavirusa yoluxub. 

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. Bununla da hazırda Britaniyada koronavirusa yoluxanların ümumi sayı 1 410 732 nəfərə çatıb. 

Son sutkada 598 nəfər isə koronavirusa görə həyatını itirib. Bununla da koronavirusa görə ölənlərin sayı 52 745 nəfərə çatıb.