Apple şirkəti 6 milyon dollar dəyərində məhsulunun oğurlandığını açıqlayıb.

Unikal.org xəbər verir ki, hadisə İngiltərənin Northamptonshire bölgəsində baş verib. Həmin ərazidən keçən, Apple məhsullarını daşıyan yük maşını soyğunçuların hücumuna məruz qalıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Məlum olub ki, cinayətkar yük maşınını ələ keçirdikdən sonra məhsulları başqa bir nəqliyyat vasitəsinə yığıb. Bir qədər yol getdikdən sonra isə yük maşını yenidən dəyişdirildiyi üçün məhsulları tapmaq mümkün olmayıb. 

Xatırladaq ki, Apple şirkəti bir müddət öncə də AirPods və iPhone-ların oğurlanması ilə gündəmə gəlmişdi.