Goranboy rayonunda piyadanı vuraraq qaçan şəxs tutulub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 16-da saat 23 radələrində Goranboy rayonunun Nizami kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən 50-55 yaşlı kişi vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi və Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin Gəncə şəhər sakini Bakir Musayev olması, hadisənin “QAZel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, Samux rayon sakini Elvin Əsgərov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.