Türkiyə Egey dənizində Yunanıstanın ölümə tərk etdiyi qaçqınları xilas edib.

Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, arasında uşaqların da olduğu 25 qaçqın qayıqla Egey dənizində köməksiz vəziyyətdə qalıb.

Yunanıstanın iki gəmisi Avropaya keçməyə çalışan qaçqınları daşıyan qayığı az qala batıracaq şəkildə Türkiyə sahillərinə doğru itələməyə çalışıb. Suda qayığı batıra biləcək manevrlər edəndən sonra Yunanıstan gəmiləri ərazidən uzaqlaşıb.

Türkiyə tərəfi daha sonra köməksiz vəziyyətdə qalan qaçqınları xilas edib.