Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin çəkdiyi rəsm əsəri 1.3 milyon dollara satılıb.

Unikal.org xəbər verir ki, bu barədə “Sotheby's” auksion evi məlumat yayıb.

Əsərin ilkin qiyməti 198-331 min dollar arasında olub.

Rəsm əsəri Çörçill tərəfindən ABŞ-ın keçmiş prezidenti Franklin Delano Ruzveltin 1941-1943-cü illərdə xüsusi nümayəndəsi olmuş amerikalı diplomat Averel Harrimana hədiyyə edilmişdi.