Tesla və SpaceX-in qurucusu İlon Mask gün ərzində təxminən 10 milyard dollar qazanıb.

Unikal.org  xəbər verir ki, hazırda onun var-dövləti 96,5 milyard dollar qiymətləndirilir. O, Forbes Real-Time reytinqinin beşinci pilləsində qərarlaşıb.

Bunun səbəbi 17 noyabrda "Tesla”nın səhm başına qiymətdəki artımdır - onların dəyəri 9% artaraq hər səhm üçün 444,47 dollara çatıb. 

Bu sıçrayış Tesla səhmlərinin Amerikanın 500 ən böyük şirkətinin səhmlərinin daxil olduğu SP 500 İndeksinə daxil olacağı xəbərindən sonra baş verib.