Goranboyda avtomobil qaçırılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən Gəncə şəhər sakini Ç.Nəbiyev noyabrın 18-də Dəliməmmədli şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin Dəliməmmədli şəhər sakini Q.İmanov tərəfindən qaçırılması, habelə Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilib.

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən Q.İmanov saxlanılıb.

Araşdırma aparılır.