Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan ikimərtəbəli binada (ofis və s. təyinatlı) yanğınla nəticələnən partlayış nəticəsində binanın fasad üzlüyü (alkopan və penoplast) 30 m² sahədə yanıb.

FHN-dən Unikal.org-a bildirilib ki, partlayış dalğasının təsirindən binanın konstruksiyaları dağılıb, yaxınlıqda dayanan minik avtomobillərinə ziyan dəyib.

Yanğın bölmələri hadisə yerinə çatanadək iki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

17:28

xxx

Abşeronda sexdə partlayış qeydə alınıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Novxanı yolu, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib. Belə ki, sexdə yanğınla nəticələn partlayış olub. Əraziyə FHN-nin əməkdaşları cəlb edilib və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar da var.