Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada koronavirus pandemiyası ilə əlaqədar həyəcan təbili çalır.

Unikal.org xəbər verir ki,  ÜST-ün Avropa bürosunun rəhbəri Hans Kluqe ötən iki həftə ərzində COVID-19 xəstəliyi ilə əlaqədar ölüm hallarının 18 faiz artdığını bildirib.

Onun sözlərinə görə, Avropa regionu üzrə ötən həftə 29 min ölüm faktı qeydə alınıb. Bu isə hər 17 saniyədə COVID-19 xəstəliyindən bir nəfərin ölümü deməkdir.