Müğənni Manaf Ağayev və həyat yoldaşı koronavirusa yoluxub.

Unikal.org-un əldə etdiyi məlumata görə, müğənni və həyat yoldaşı Fərqanə Ağayevada COVİD-19 aşkarlanıb. Onların hər ikisi Yeni Klinikaya yerləşdirilib.

M.Ağayev açıqlamasında  faktı təsdiqləyib:

"Təcili Tibbi Yardım stansiyasının əməkdaşları bizi Yeni Klinikaya yerləşdirdilər. Hazırda mənim və həyat yoldaşımın vəziyyəti normaldır. Bir neçə gün sonra evə buraxılacağıq." 

Famil Fərhadoğlu