Ermənistanda heç nə dəyişməyəcək
Ermənistanda heç nə dəyişməyəcək
Dəyişən yalnız kurs olacaq
Ermənistan prezidenti Serj Sərkisyan növbəti dəfə prezidentlik postunda qalmaq üçün namizədliyini Mərkəzi Seçki Komissiyasına rəsmən təqdim edib. Qeyd edək ki, Ermənistanda fevralın 18-də keçiriləcək prezident seçkilərində namizədlik üçün son tarix yanvarın 4-dək müəyyən edilib. İndiyədək prezidentlik uğrunda 3 nəfər öz namizədliyini irəli sürüb. Maraqlıdır,
Bu seçkilər nələrlə müşahidə olunacaq və kimin qalib gəlmə şansı daha yüksəkdir? Ekspertlər bildirir ki, bu seçkilər ötən prezident seçkiləri ilə müqayisədə çox sönük olacaq. Çünki ötən seçkilərdə Serj Sarksyanın kifayət qədər ciddi rəqibi var idi və bu Ter Petrosiyan idi. Hətta ekspertlər bildirirdilər ki, seçkilərdə məhz o qalib gəlmişdi. Amma qərbin və Rusiyanın təsiri ilə qalib Serj Sarksyan elan olundu. Bu seçkilərdə isə Ter Petrosiyan artıq iştirak etməyəcək. Və bunu yaşının həddindən artıq çox olması ilə əlaqələndirmişdi. Bu isə sözsüz ki, Serj Sarksyanın imkanlarını artıracaq. Buna baxmayaraq müxalifət ona ciddi problemlərdə yarada bilər. Çünki Serj Sarksyan bu məsələlərə görə ciddi ittiham edilir. Demokratiya problemi və müxalifətə qarşı edilən təzyiqlərə, Dağlıq Qarabağ probleminin həll edilməməsinə, Rusiyanın Ermənistandan Avrasiya Birliyinə üzv olması ilə bağlı təzyiqləri paralelində bu ölkə ilə münasibətlərdə yaşanan gərginliklərə, Avrasiya Birliyinə üzv olacağı təqdirdə Avropa Birliyi ilə münasibətlərinin korlanması ehtimalına, ölkə daxilində sosial və iqtisadi problemlərin daha da artması və maliyyə probleminə, xarici borcun təxminən beş milyard dollara yüksəlməsinə görə. Qeyd edək ki, Serj Sarksyan ötən seçkilərdə bunları vəd olaraq vermişdi və aydın oldu ki, bunların hamısı elə vəd olaraq qaldı. Hətta bu 5 il ərzində ölkədə korrupsiya və rüşvət iki dəfə artdı. Bundan başqa ekspertlər hesab edirdi ki, bu seçkilərdə eks-prezident Robert Köçəryanda iştirak edəcək. Bu isə hazırkı prezidentə öldürücü zərbə olardı. Amma Serj Sarksyan zamanında tərpəndi və Robert Köçəryana qalib gəldi. Belə ki, bir il öncə parlament seçkiləri keçirilən zaman o, Robert Köçəryana yaxınlığı ilə seçilən qüvvələri oyundan kənar vəziyyətə saldı və rəhbəri olduğu partiyanın qalibiyyətini təmin etdi. Bununla yanaşı hakimiyyətə loyal olan qüvvələrində parlamentdə təmsil olunmalarını təmin etməklə gücünü artırdı. Başqa maraqlı bir detal isə onun kifayət qədər bacarıqlı siyasiləri oyundankənar vəziyyətə salması oldu. Məsələn, Robert Köçəryanın ən etibarlı adamı olan, keçmiş xarici işlər naziri Ovenesiyanı öncə mandatdan mərhum etdi, daha sonra isə haqqında cinayət işi qaldırdı. Robert Köçəryan silahdaşını nə qədər qorumağa çalışsada buna müvəffəq ola bilmədi. Amma ekspertlər hesab edirdi ki, Rusiya seçkilərdə Robert Köçəryanı müdafiə edəcək və Serj Sarksyan bunun qarşısında aciz qalacaq. Bu məsələdə özünü doğrultmadı və aydın oldu ki, Rusiya hazırkı prezidentlə artıq sövdələşib. Belə ki, Serj Sarksyan Rusiyanın əsas şərtlərini qəbul etdi. Bu şərtlər nədən ibarət idi?
1. Türkiyə ilə sərhədlərin açılması məsələsinə razılıq verməmək
2. Ermənistanda Rusiyanın hərbi bazasının bir neçə dəfə böyüməsinə dəstək vermək
3. Ümumi Gomürük Birliyinə üzv olmaq
4. Avrasiya İttifaqına qoşulmaq
Serj Sarksyan isə bir neçə ayın içində bu öhdəliklərin hər birini qəbul etdi. Bununla yanaşı bir sıra strateji dövlət müəssisələrinində Rusiya tərəfindən alınmasına razılığını bildirdi. Digər tərəfdən Robert Köçəryandan fərqli olaraq Serj Sarksyan daha tez və rahat idarə olunan olduğu üçün Rusiya onun daha 5 ildə postunda qalmasını labüd hesab etdi.
Beləliklə aydın olur ki, Ermənistandakı prezident seçkilərinin taleyi indidən həll olunub. Amma qarşıdakı 5 il Serj Sarksyan və ermənilər üçün asand başa gəlməyəcək. Çünki onlar Avrasiya İttifaqına qoşulmaqla faktiki Avropa ilə əlaqələri bir dəfəlik kəsmək üzrədilər.Bu əlaqələr kəsilərsə faktiki Ermənistan tam olaraq Rusiya tərəfindən işğal olunmuş bir əraziyə çevriləcək. Görünür buna görə artıq Avropadakı və ABŞ-dakı erməni lobbiləri Serj Sarksyandan imtina edirlər. Bunun nələrlə nəticələnəcəyini isə yaxın vaxtlarda görə biləcəyik.
Toğrul Əliyev