Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistandadır.

Unikal.org xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***

10:41

Rusiyanın müdafiə naziri Sergey Şoyqu noyabrın 21-də qurumlararası nümayəndə heyətinin tərkibində Yerevanda səfərdədir.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, Ermənistan hökumətinin mətbuat katibi Mane Gevrokyanın sözlərinə görə, Sergey Şoyqu artıq Nikol Paşinyanla görüşüb.

Bildirilib ki, Ermənistana Rusiyanın xarici işlər naziri Sergey Lavorov, baş nazirin müavinləri Aleksandr Novak, Aleksey Overçuk, fövqəladə hallar naziri Yevgeni Ziniçev və Rusiya hökumətinin başqa rəsmilərinin də Yerevana səfər edəcəyi gözlənilir.

Rusiyanın nümayəndə heyəti Yerevanada Ermənistan hökuməti ilə Azərbaycanın Qarabağ bölgəsinə rusiyalı sülhməramlılarının yerləşdirilməsi, Rusiyanın maliyyə, texniki yardımına dair məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 20-də keçirdiyi müşavirədə Qarabağ sakinlərinə hərtərəfli yardım edəcəklərini bildirib.