Quba rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 20-i saat 19 radələrində Quba rayonunun 2-ci Nügədi kəndi ərazisində kənd sakini N.Hüseynzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Sənurə İsayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.