Abşeron rayonu ərazisində ölümlə nəticələnən zəncirvari qəza baş verib. 

Unikal.org xəbər verir ki, hadisə rayonunun Ceyranbatan qəsəbəsində qeydə alınıb. 

Belə ki, "Toyota Prado" markalı avtomobil "VAZ 21014" markalı avtomobilə dəyib və zərbənin gücündən sonuncu avtomobil yük maşınına dəyib. Qəza nəticəsində"VAZ 21014" markalı avtomobildə olan 1979-cu il təvəllüdlü İbrəhimova Ruhiyyə Tacir qızı hadisə yerində dünyasını dəyişib. 

"Toyota Prado" markalı avtomobilin sürücüsü hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.