"Türkiyə özünün hazırladığı koronavirus əleyhinə peyvəndi bütün dünya üçün əlçatan etmək niyyətindədir."

Unikal.org xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan “Böyük iyirmilik” (G-20) ölkələrinin liderləri arasında keçirilən videokonfransda çıxış edərkən bildirib.

Türkiyə prezidenti həmçinin deyib ki, dünya, xüsusən də inkişaf etmiş ölkələr pandemiya dövründə həmrəylik və qarşılıqlı yardım sınaqlarından uğurla çıxa bilməyib.