Məşhur meksikalı aktrisa Maleni Morales vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Meksika Aktyorlarının Milli Assosiasiyası məlumat yayıb.

“Varlılar da ağlayır”, “Yabanı qızıl gül” seriallarında rol alan aktrisanın ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Morales 45 ildən çoxdur aktyor Otto Sirqo ilə evli idi.