Rusiyada son sutka ərzində koronavirusa 24 581 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 089 329 nəfərə çatıb.

Rusiyada son sutkada 467 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 36 179 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.