Səsvermənin nəticələrini dəyişdirməyə kifayət edən seçki saxtakarlığına dair dəlillərim var.

Unikal.org  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, mövcud məlumatlar dörd ştatda səsvermənin nəticələrini dəyişdirmək və seçkilərdə ümumi qələbə qazanmaq üçün kifayət edir.

“Ümid edirəm ki, məhkəmələr və qanunverici orqanlar seçkilərin və ABŞ-ın bütövlüyünü qorumaq naminə lazım olan hər şeyi etməyə cəsarət göstərəcəklər”, – Tramp bildirib.