Amerikalı ekspert Bryus Nyuman Trampın seçkidəki məğlubiyyətində pandemiyanın həlledici olduğunu bəyan edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da "Siyasi marketinq" jurnalının redaktoru, professor Bryus Nyuman bu barədə danışıb.

O qeyd edib ki, "Pfizer" "Moderna" şirkətləri koronavirusa qarşı vaksini 1 ay tez təqdim etsəydi, Tramp uduzmazdı: "Mən buna şübhə etmirəm. Çünki Trampın belə arqumenti olacaqdı ki, onun sayəsində çoxillik proses nəticəsində gözlənilən nəticə 1 aya başa gəldi".