Gürcüstanla Rusiyanı birləşdirən Yuxarı Lars ("Hərbi Gürcüstan") yolu qoşqulu nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, tarixi Dəryal keçidindən keçən bu yol iqlim və relyef şəraiti baxımından əlverişsizdir və ilin soyuq dövründə xeyli müddət bağlı qalır. Tez-tez qar uçqunları yaşanan bu Böyük Qafqaz aşırımından keçən yol Gürcüstan-Rusiya əlaqələri ilə yanaşı, Rusiyadan Ermənistana yüklərin daşınması və logistika məqsədləri ilə də istifadə olunur.