Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan BMT Baş katibi Antonio Quterreşdən iş istəyib.

Unikal.org  erməni KİV-lərinə istinadən xəbər verir ki, Mnatsakanyan ailəsini Ermənistandan çıxarmaq niyyətindədir. Bu məqsədlə sabiq nazir 20 noyabrda BMT Baş katibi ilə əlaqə saxlayıb və ondan iş istəyib. Quterreş bu barədə düşünəcəyinə söz verib.

Xatırladaq ki, Mnatsakanyan 2014-18-ci illərdə Ermənistanın BMT-dəki daimi nümayəndəsi olub (iqamətgahı Nyu-Yorkda).