Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, rayonun Novo İvanovka kəndi ərazisində kənd sakini Gəncəli Usubov idarə etdiyi “Toyota” markalı avtomobili dərəyə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.