Ermənistanda müdafiə nazirinin müavini Qabriel Balayan vəzifəsindən azad olunub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ictimaiyyətə ilk dəfə iqtidar partiyasından deputat Andranik Koçaryan Müdafiə Nazirliyi binasının önünə toplaşan aksiyaçılarla söhbəti zamanı açıqlayıb.

Belə ki, etirazçılar niyə Qabriel Balayanın onların önünə çıxmadığı ilə maraqlanıb. Deputat isə "Qabriel Balayan işdən çıxarılıb" cavabını verib.