Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə yolun 24-cü km-də qeydə alınıb.

Belə ki, 50-DS-879 dövlət nişanlı “VAZ 2114” markalı avtomobil 99-UC-081 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 2114” markalı avtomobildə olan sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.(report)