Rusiyada son sutka ərzində koronavirusa 24 326 yeni yoluxma qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 138 828 nəfərə çatıb.

Rusiyada son sutkada 491 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 37 031 nəfərdir. İndiyədək 1 634 671 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.