Paytaxt Bakıda ildən-ilə inşa edilən yeni yaşayış binalarının sayı artmaqdadır. Tikinti şirkətlərinin sayı onlarla olsa da, onlardan bir neçəsi vətəndaşların istək və arzularını tam şəkildə yerinə yetirmək üstünlüyünə malikdir. Belə şirkətlərdən biri də “Kristal Abşeron”dur.

“Kristal Abşeron MTK” bugünlərdə Biləcəri filialında yeni yaşayış binalarının – 4 və 5-ci binaların inşasına başlayıb. Şirkətin ən böyük üstünlüyü ondan ibarətdir ki, mənzillər çıxarışla təmin olunur. Digər ən böyük üstünlüyü isə müştərilərin əlavə vaxt sərf etmədən tam təmirli mənzil arzusunun hayata keçməsidir. Təmir zamanı isə Avropa istehsalı olan materiallardan istifadə edilir. Mənzillər 20% ilkin ödəniş, tək şəxsiyyət vəsiqəsi ilə, 20 ilədək kreditlə təqdim olunur. Sözügedən layihə metronun “Avtovağzal” metrostansiyası yaxınlığındakı geniş ərazidə icra edilir.

Xatırlatmaq yerinə düşərdi ki, “Kristal Abşeron” şirkəti təhvil verdiyi bütün binaların istilik sistemi kombidir. Bundan əlavə, mənzillərin qışda isti, yayda sərin olması üçün binalar daş yunu materialı ilə izolyasiya edilir. İzolyasiya, evin temperaturunu qoruyub-saxlayaraq enerjiyə qənaəti təmin edir, yanğın təhlükəsizliyi yaradır və həm bayırdan, həm də qonşu mənzillərdən gələn səs-küyü azaldır. Sakinlərin rahatlığı üçün binalarda səssiz liftlər quraşdırılır.

Tel: *1544 / www.kristalabsheron.az