ABŞ-ın Pensilvaniya ştatında seçkinin rəsmi nəticələri təsdiqlənib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu ştatda Co Baydenin qalibiyyəti təsdiqini tapıb.

Qeyd edək ki, 3 noyabrda keçirilən seçkilərdən sonra namizədlərdən biri olan Donald Tramp pozuntuların olduğunu iddia etmişdi. Bir neçə ştatda səslərin yenidən sayılması və nəticələrə bir daha baxlması həyata keçirilir.