Hərbçilərimiz Ağdam rayonununda azərbaycanlı xanəndə Səxavət Məmmmədovun qəbrini tapıblar. 

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.  

Qeyd edək ki, Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan dərs alıb.  1976-cı ildə “Hümayun” xalq ansmblının solisti olub.  Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

Xanəndə 1991-ci il sentyabrın 30-da Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib.