FİFA-nın təsis etdiyi “İlin futbolçusu” mükafatına namizədlərin adları açıqlanıb.

Unikal.org xəbər verir ki, siyahıda 11 futbolçu yer alıb.

Bunlar Kriştiano Ronaldo, Tyaqo Alkantara, Kevin de Breyne, Robert Levandovski, Sadio Mane, Lionel Messi, Killian Mbappe, Neymar, Serxio Ramos, Məhəmməd Salah və Vircil van Deykdir. İlin baş məşqçisi adına isə Marselo Byelsa, Hans-Diter Flik, Yurgen Klopp, Xulen Lopeteqi və Zinəddin Zidan iddia edir.

Xatırladaq ki, mükafatlandırma dekabrın 17-də onlayn formatda keçiriləcək.