UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunun matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Unikal.org xəbər verir ki, bu ada İngiltərə "Mançester Yunayted"indən Brunu Fernandeş, Almaniya "Borussiya"sından (Dortmund) Ceydon Sanço, Niderlandın "Ayaks" komandasından Duşan Tadiç və İtaliya "Atalanta"sından Robin Qosens iddia edir.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.