“Makron qudurub. Fransada erməni lobbisi yoxdur. Bu, Fransanın türklərə münasibətidir. Fransa Türkiyənin qələbələrini həzm edə bilmir”.

Unikal.org xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında deputat Aqil Abbas deyib.

“Prezident deyir ki, status-kvo gorbagor oldu. İndi Minsk qrupunu Ankara və Bakı əvəz edir. İndi Dağlıq Qarabağ da yoxdur. Qarabağ var. Bunu Putin də dedi. Sən Allah, bu ATƏT-in Minsk qrupundan az danışın. Camaat qorxur”, - deputat əlavə edib.